19 İyun 2026
İdman

Azərbaycan para-taekvondoçuları Fransada iki beynəlxalq yarışa qatılacaqlar

Azərbaycan para-taekvondoçuları Fransanın Montarji şəhərində keçiriləcək Açıq Avropa Çempionatı və Açıq Həmrəylik turnirində iştirak edəcəklər.

İdmanxeber.az-ın məlumata görə, yarışlarda milli komandaya baş məşqçi Fərid Tağızadə rəhbərlik edəcək.

Açıq Avropa Çempionatı 28-30 iyun, Açıq Həmrəylik turniri isə 1-2 iyul tarixlərində baş tutacaq. Hər iki yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43