19 İyul 2026
Ölkə futbolu

Azərbaycan UEFA reytinqində gerilədi 

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 5-ci turunda “Napoli”yə 0:2 məğlubiyyəti ilə ölkə 22.250 əmsalla 26-cı yerə düşüb.

Ukrayna 22.350, Sloveniya isə 22.218 əmsalla müvafiq olaraq 25-ci və 27-ci pillələrdədir.

Reytinqin zirvəsində isə İngiltərə 101.783 əmsalla yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43