16 İyul 2026
Ölkə futbolu

“Azərbaycanda Albaniya yığmasındakı uğuru təkrarlamaq istəyirəm”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “ilrestodelcarlino.it” saytına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis müqaviləsinin davam etdiyi üçün Azərbaycan yığmasında qaldığını bildirib. Təcrübəli çalışdırıcı millimizdəki hədəfindən də danışıb:

“Azərbaycanda Albaniya yığmasındakı uğuru təkrarlamaq istəyirəm. Çünki mən nəticə üçün yaşayıram. Ona görə də uduzanda çox əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq. Yaxşı nəticə qazanacağımıza əminəm”.

Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinin sükanı arxasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43