16 İyul 2026
Dünya futbolu

Messidən sonra Dibala da bunu bacardı

“Roma”nın hücumçusu Paulo Dibala Avropa Liqasının finalında “Sevilya” ilə görüşdə (1:1, pen. – 1:4) qol vurub.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu Lionel Messidən sonra UEFA bayrağı altında keçirilən turnirlərdə qol vuran ikinci argentinalı futbolçu kimi tarixə keçib. Leo 2010-11-ci ildə Çempionlar Liqasının həlledici matçında “Mançester Yunayted”ə qarşı fərqlənməyi bacarmışdı. 

Xatırladaq ki, “Sevilya” penlatilər seriyasında “Roma”nı məğlub edərək Avropa Liqasının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43