09 İyul 2026
İdman

Azərbaycanlı hakim Almaniyanın oyununda

FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək futzal üzrə Kipr – Almaniya oyununu idarə edəcəklər. Qafarlı birinci. Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq.

Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemarck qiymətləndirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43