“Bavariya”nın və Kanada yığmasının müdafiəçisi Alfonso Deyvis ABŞ yığması ilə Millətlər Liqası çərçivəsində keçirilən matçda zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Kanadalı oyunçunun zədəsinin ağırlığı barədə hələlik məlumat verilmir.
Kanada millisi əsas oyunçusunu ilk dəqiqələrdən itirməsinə baxmayaraq, 2:1 hesablı qələbə qazanıb.

