10 İyul 2026
İdman

Azərbaycanlı idmançı Özbəkistanda keçirilən dünya çempionatının qalibi oldu

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 13-cü WSF dünya çempionatında iştirak edən Azərbaycan idmançıları növbəti uğura imza atıblar.

İdmanxeber.az xəbər verir ki, 12-13 yaş qrupunda çıxış edən Seyidəli Fəttahlı (44 kq) 6 döyüşün 6-da da qalıb gələrək, dünya çempionu adına layiq görülüb.

Seyidəli Fəttahlı bundan öncə də bir sıra beynəlxalq və yerli əhəmiyyətli yarışlarda birinciliklər əldə edib.

Yeniyeymə karate ustasının müəllimi məşhur idmançı, dünya və Avropa çempionu Niyazi Əliyevdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43