17 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı qapıçı ciddi zədə aldı – əməliyyat olunacaq

Azərbaycan I Liqası klubu “Şəfa”da çıxış edən Əlirza Müştəbazadə ciddi zədə alıb.

İdmanxeber.az-a verilən məlumata görə, qolkiper ötən tur “Zaqatala”ya qarşı oyunda (4:0) topuğundan zədələnib. Futbolçunun durumunun ciddi olduğu bildirilir. O, əməliyyat olunacaq.

“Şəfa”nın az öncə start götürən “Cəbrayıl” görüşündə komanda yoldaşları Məştəbazadəyə dəstək olublar. Onlar meydana qapıçının forması ilə çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43