PSJ-nin Çempionlar Liqası ilə vidalaşması yerli mətbuatda çox sərt tənqid edilməsinə səbəb olub.
İdmanxeber.az-ın məlumatına görə, tanlnmış jurnalist Daniel Riolo Paris təmsilçisinin iki oyundakı nəticəsini biabırçı adlandırıb. O, komandada ciddi islahatlar edilməsinin gərəkdiyini vurğulayıb:
“Bu ruhsuz PSJ-nin böyük təmizliyə ehtiyacı var. Çoxdan deyirdim, başa düşmürdülər. İndi elə bir zərbə oldu ki, gözlərindən qan gəlir. Ümid edirəm ki, lazımi insanlar oyunu izlədilər və hər şeyi gördülər. İdmanda məğlubiyyət o qədər də vacib deyil. Əsas problem başqadır. Çempionlar Liqasını yalnız bir komanda qazanacaq, itirənlər həmişə daha çox olur. Problem necə itirməyinizdir.
PSJ-yə azarkeşlik edəndə yorulursan, çünki sosial şəbəkələrdə boş ümidlərlə dolu insan ordusu var. Azarkeş artıq stadiona gəlməkdən, meydnada Neymarla Messini görməkdən yorulur. Onların heç vecinə də deyil, son matçlarda bir növ komediya oynayırdılar.
Klub artıq Avropanın ən biabırçısıdır. Messinin artıq PSJ-də qalması mümkünsüzdür. Neymar və Verratti də eynən. Markinyos isə sanki şalvarını doldurub. Artıq bunlara dözmək olmaz”.

