Kateqoriyasız

Azarkeşləri “Qarabağ”ı ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Birinci divizionun 6-cı turunun “Zirə-2” – “Araz Naxçıvan” oyununda meydançanın sulanmasının 19 dəqiqə gecikməsi səbəbindən “Zirə-2” komandası 80 manat cərimə olunub.

6-cı turun “İmişli” – “Səbail-2” oyununda “Səbail-2” komandasının nümayəndəsi oyun öncəsi keçirilən iclasda iştirak etmədiyi üçün komanda 80 manat cərimə olunub.

“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə komanda 80 manat cərimə olunub.

VI turun “Qarabağ-2” – “Neftçi” oyununun ikinci hissəsinin əlavə vaxtında “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün “Qarabağ-2” komandası 80 manat cərimə olunur

6-cı turun “Qarabağ-2” – “Neftçi” oyununun ikinci hissəsinin əlavə vaxtında “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün “Qarabağ-2” komandası 80 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43