10 İyul 2026
İdman

Azərbaycanlı idmançılar dünya kubokunda medalsız qaldılar

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.

İdmanxeber.com-un məlumatına görə, gimnastlar Marina Durunda və Jalə Piriyeva Azərbaycanı bu yarışlarda təmsil ediblər.

36 gimnast arasında keçirilən çoxnövçülük yarışlarında Marina 7-ci, Jalə isə 19-cu yerdə qərarlaşıb.

Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən Marina lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43