Türkiyə I Liqasında 16-cı tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” evdə “Sakaryaspor”u qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:1.
Həsənalızadə matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb. “Tuzlaspor” hazırda 13 xalla 16-cı sırada qərarlaşıb.

