İdman

“Bakı-2015”: Millimiz bürünc medal qazandı

Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, yarışların 2-ci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.

Kişilər arasında idman gimnastikası üzrə təsnifat mərhələsində Azərbaycanı Oleq Stepko, Eldar Səfərov və Pyotr Paxnyuk təmsil edib.

6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız üçüncü pilləyə yüksəlib. Bununla da, Azərbaycan Avropa Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb. Rusiya 178,963 xalla birinci, Ukrayna isə 177,429 xalla üçüncü olub.

Qeyd edək ki, təmsilçilərimizdən Oleq Stepko fərdi yarışda təsnifat mərhələsini 3-cü pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43