Kateqoriyasız

“Bakıda bizim üçün  çətin olacaq” – “Sevilya”nın baş məşqçisi

“Futbolçularımdan daim yüksək temp tələb edirəm. Komandada əlaqə yüksək səviyyədədir. Ancaq boşluqlardan lazımi səviyyədə yararlana bilmədik”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi La Liqanın 4-cü turunda “Alaves”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

O, Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç haqda da danışıb:

“Lider olmaq hələ heç nə demək deyil. Komanda hər şeyi düzgün edir.Bakı səfəri öncəsi daha yaxşı vəziyyətə gəlməliyik. Çünki orda bizim üçün  çətin olacaq. Çox həyəcanlıyıq. Avropa arenasında ilk oyunumuz olacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” görüşü sentyabrın 19-u saat 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43