Baş məşqçi penaltilər seriyasına da hazır olduqlarını sözlərinə əlavə edib: “Çempionlar Liqasının bütün mərhələlərində olduğu kimi, sabahkı matçda da penaltilərə hazırıq. Bu matça kompleks şəkildə hazırlaşırıq. Penalti seriyası zamanı isə qapıçının çıxışından çox şey asılı olacaq”.
Gənc mütəxəssis “Qarabağ”ın ötən mövsüm Polşanın digər təmsilçisi “Lex” üzərində 5:1 hesablı qələbəsinin onlara mənfi təsir göstərmədiyini deyib: “Qarabağ”ın Çempionlar Liqasındakı digər oyunlarını, eləcə də, ötən mövsümdəki matçlarını təhlil etmişik. O ki qaldı “Lex”lə oyuna, bu komanda ilə “Rakuv” tam fərqli gücə və oyun üslubuna malikdirlər. “Qarabağ”ın ötən mövsüm “Lex”i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq”.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək matç saat 20:00-da start götürəcək.

