21 İyun 2026
Dünya futbolu

“Qalatasaray” fransalı oyunçu ilə anlaşdı

“Tottenhem”in yarımmüdafiəçisi Tanqi Ndombele tezliklə “Qalatasaray”a keçə bilər.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı fransalı ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. “Tottenhem” isə “Qalatasaray”ın 8 milyon avroluq təklifini rədd edib və satışdan minimum 10 milyon avro istəyir.

Təərflər arasında danışıqların davam etdiyi bildirilir.

Ötən mövsüm Ndombele “Napoli”də icarə əsasında çıxış edib. O, bütün yarışlarda 40 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43