21 İyun 2026
Ölkə futbolu

Qurban Qurbanov: “Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıblar”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşa klubu “Rakuv”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis səfərdə baş tutan ilk görüşdə 2:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, mərhələ adlamağa çalışacaqlarını bildirib:

“Futbolçularımız hansı komandaya qarşı oynadıqlarını hiss etməlidirlər. Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı çıxış edəcəyik. Üstünlük rəqibdə olsa da, geridə qalan günlərdə pis hazırlaşmadıq, “Rakuv”u tam yaxından tanıdıq. Sabah meydana yaxş nəticə üçün çıxacağıq. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Buna ehtiyacımız var. Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıblar”.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43