Ronald Kuman korrupsiya qalmaqalının “Barselona”nın imicinə böyük təsir etdiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun sabiq baş məşqçisi Hakimlər Komitəsinin keçmiş vitse-prezidentinə ödənişlə bağlı Neqreyra məsələsindən danışıb:
“Bu, klubun imicinə çox pis təsir edir. Niderlandda insanların kluba fərqli münasibət bəslədiyini müşahidə etdim.
“Barsa” imicini itirib. Bunun ona heç bir xeyri yoxdur. Daha şərh verə bilmərəm, çünki nə baş verdiyindən xəbərim yoxdur”.
Xatırladaq ki, “Barselona” 2001-18-ci illərdə hakimlərə rüşvət verməkdə ittiham olunur.

