“Beşiktaş” portuqaliyalı futbolçusu Gedson Fernandesə qiymət qoydu.
İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir oyunçunun adı İtaliyanın “Latsio” klubu ilə hallanır. A Seriyası klubu yayda oyunçu üçün rəmsi təklif etməyə hazırlaşır.
İstanbul klubu isə cari mövsüm performansı il diqqətləri üzərinə çəkən Fernandesin qiymətini bəlirləyib. Rəhbərlik oyunçu üçün 13 milyon avro tələb edəcək.
Getson cari mövsüm 29 oyunda 5 assit edib.

