Markus Raşford “Mançester Yunayted”in növbəti matçlarını buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı hücumçu aprelin 8-də “Everton”la oyunda (2:0) zədələnib. Bildirilir ki, oyunçu bir müddət yaşıl meydanlardan kənar qalacaq.
Reşfordun nə zaman dönəcəyi haqda məlumat verilməyib. Onun mövsümün sonuna qədər zədəsini sağaltması gözlənilir.
İngiltərəli hücumçu bu mövsüm Premyer Liqada 29 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

