08 İyul 2026
Dünya futbolu

Azərbaycanlı futbolçu Rusiya klubundan ayrıla bilər

Rusiyanın “Ximki” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, azarbaycanlı futbolçu komandasının Premyer Liqada qalıb-qalması ilə bağlı danışıb. O, klubdakı gələcəyi ilə bağlı sualı belə cavablandırıb:

“İndi bu barədə danışmaq çətindir. Sizcə mən indi bu haqda düşünürəm? Heç bir fikrim yoxdu. Ay yarım gözləyəcəyik, sonra qərar verəcəm.

Hər halda, Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. “Ximki”nin hələ matçları var. Məncə, vəziyyəti düzəldə bilərik”

 “Ximki” Rusiya Premyer Liqasında 13 xalla sonuncu pillədən bir sıra yuxarıda qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43