08 İyul 2026
Dünya futbolu

“Liverpul”un istədiyi oyunçular – adlar

“Liverpul” yayda heyətini gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, klub 2-3 futbolçu transfer etmək istəyir. “Qırmızılar” “Borussiya”nın futbolçusu Jud Bellinqemin almaqdan vaz keçib.

Buna səbəb oyunçunun yüksək məbləğli təzminatıdır. 

“The Telegraph” yazır ki, “Liverpul” Meyson Maunt, Konor Qallager (hər ikisi “Çelsi”), Moises Kaysedo (“Brayton”), Rayan Qravenberlə (“Bavariya”) maraqlanır.

Rəhbərlik yayda adıçəkilən futbolçularla təmasa keçəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43