30 İyun 2026
Dünya futbolu

“Barselona” Frenki de Yonqla anlaşdı

“Barselona” klubu yarımmüdafiəçi Frenki de Yonqla müqavilənin uzadılması barədə razılıq əldə edib.

İdmanxeber.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, niderlandlı futbolçunun cari mövsümün sonunda başa çatacaq müqaviləsi 2029-cu ilin iyununa qədər uzadılacaq.

Xatırladaq ki, Frenki de Yonq bu mövsüm “Barselona”nın heyətində 7 matçda meydana çıxaraq 1 qol ötürməsi ilə yadda qalıb. O, 2019-cu ilin yayında Kataloniya təmsilçisinə transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43