07 İyul 2026
Dünya futbolu

“Barselona” ilə müqavilə bağladı, “Çelsi”yə keçir

“Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.

İdmanxeber.az AS nəşrinə istinadən xəbər verir ki, London klubu 18 yaşlı futbolçunu heyətinə cəlb etmək niyyətinddədir. “Barselona” gənc oyunçu ilə sözləşmə yeniləsə də, La Liqa rəhbərliyi bunu təsdiqləməyib.

Səbəb isə Kataloniya klubunun maliyyə problemləridir. Bu səbəbdən də Qavi ilə “Barselona”nın müqaviləsi ləğv edilə bilər.

“Çelsi” isə bu fürsətdən yararlanmaq üçün futbolçunu transfer etmək istəyir. Artıq tərəflərin görüşdüyü və razılığa gəldiyi də bildirilir.

Qavi bu mövsüm La Liqada 27 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43