Dünya futbolu

“Barselona”da Messi olmadı – Neymar gələ bilər

PSJ-nin hücumçusu Neymar “Barselona”ya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “İnter Mayami”yə keçən argentinalı Lionel Messinin transferinin uğursuzluğundan sonra klubu gücləndirmək iddiasını davam etdirir.

“Barselona”nın əsas hədəflərindən biri braziliyalını transfer etməkdir. Ancaq 31 yaşlı futbolçunun maaşı transfer ehtimalını çətinləşdirir.

Lakin Kataloniya təmsilçisi Neymarla təmasa keçməyə çalışır. Rəhbərlik ilk öncə ulduz futbolçunu razı salmağa çalışacaq.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43