Dünya futbolu

“İnter Mayami” daha bir argentinalı gətirir

Amerikanln “İnter Mayami” klubu daha bir argentinalı ilə müqavilə imzalaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, Lionel Messi transferinin ardından MLS təmsilçisi “Yuventus”dan ayrılan Anxel Di Mariyanı da heyətinə cəlb etmək niyyətindədi.

Azad agent statusu daşıyan ulduz futbolçu karyerasını Avropada davam etdirmək istəsə, Messinin Amerika klubuna keçməsi fikrini dəyişdirə bilər.

Xatırladaq ki, argentinalı oyunçu ilə daha əvvəl “Qalatasaray” və “Benfika” klublarının maraqlandığı iddia edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43