“Barselona”nın hücumçusu Ferran Torres İngiltərəyə qayıda bilər
İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə “Nyukasl” maraqlanır. “Barsa” da öz növbəsində oyunçu üçün layiqli təklif alınarsa, onu buraxmağa hazırdır.
Azarkeşlər də 23 yaşlı forvardın çıxışından narazıdır. 2023/24 mövsümündə 16 matçda 5 qol vurub və iki məhsuldar ötürmə edib.

