Dünya futbolu

“Barselona”nın məşqində qalmaqal: Neymar yeni transferlə dava etdi – VİDEO

“Barselona”nın bu gün məşqində qalmaqal baş verib.

Neymarla yeni transfer Nelson Semedu arasında gərginlik yaşanıb. Neymar Semedunun topa oynayarkən onun ayağına kobud şəkildə müdaxiləsinə sərt reaksiya verib.

Bu zaman braziliyalı hücumçu portuqaliyalı müdafiəçinin üzərinə şığıyaraq ona yumruqla zərbə endirmək istəyib. Lakin digər oyunçular ona mane olublar. Hadisədən sonra Neymar məşqi yarımçıq tərk edib.

Qeyd edək ki, son günlər Neymarın “Barselona”nı tərk edərək PSJ-yə keçəcəyi iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43