Dünya futbolu

UEFA-dan klublara xəbərdarlıq: “Heç kimə güzəşt olunmayacaq”

UEFA maliyyə fair-pleyi ilə bağlı yeniliklər edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə fair-pley komissiyasının direktoru Andrea Traverso məlumat verib. O, şərtləri daha da sərtləşdirmək niyyətində olduqlarını bildirib:

“Daim klublarla danışıqlar aparırıq. Onlar da transfer bazarının detallarını yaxşı bilir. Maliyyə fair-pleyi şərtləri isə sərtləşdiriləcək. Heç kimə güzəşt olunmayacaq. Klublar transfer bazarında azad olacaq. Amma onların fəaliyyəti qaydalar çərçivəsindən kənara çıxmamalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43