Ölkə futbolu

Qurban Qurbanovun jurnalistlər önünə çıxacağı vaxt müəyyənləşdi

Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə "Qarabağ" arasında Tiraspolda keçiriləcək cavab matçı öncə mətbuat konfranslarının və açıq məşqlərin vaxtları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, iyulun 31-də "Şerif" İdman Kompleksinin konfrans zalında ilk olaraq meydan sahiblərinin mətbuat konfransı olacaq.

Yerli vaxtla saat 14:00-da (Bakı vaxtilə 15:00-da) jurnalistlər qarşısına "Şerif"in italiyalı baş məşqçisi Roberto Bordinlə bosniyalı kapitanı Mateo Suşiç çıxacaqlar. Bundan 5 saat sonra komandanın ilk 15 dəqiqəsi açıq olan məşqi keçiriləcək.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun həmin məkanda Bakı vaxtilə 20:30-da mətbuat konransı keçiriləcək. Təmsilçimiz bundan 30 dəqiqə sonra matçın keçiriləcəyi "Şerif"in baş arenasında ilk 15 dəqiqəsi açıq olan məşqi baş tutacaq.

Xatırladaq ki, Tiraspoldakı qarşılaşma avqustun 1-də Bakı vaxtilə saat 21:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43