Qadınlardan ibarət 3×3 basketbol üzrə Azərbaycan millisi Avropa kubokunun seçmə mərhələ yarışında yarımfinala yüksəlib.
İdmanxeber.az xəbər verir ki, millimiz sonuncu qrup oyununda İrlandiya seçməsinə 16:10 hesabı ilə qalib gəlib. İlk oyunda isə Maltadan üstün olub – 17:15.
Kişilərdən ibarət komandamız isə ikinci qrup oyununda yerli Kipr seçməsinə 11:22 hesabı ilə məğlub olub.
İyunun 18-də kişi komandamız Bakı vaxtı ilə saat 12:15-də qrupda sonuncu oyununu Lüksemburq yığmasına qarşı keçirəcək. Qadınların yarımfinal görüşləri isə həmin gün Bakı vaxtı ilə saat 16:40-dan etibarən start götürəcək.

