“Bavariya” “Mançester Siti”nin oyunçusu Xuan Kanselunun transferində maraqlı deyil.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı müdafiəçi icarə əsasında Münhen komandasında çıxış edir. Müqavilə ilə “şəhərlilər”ə məxsus olan futbolçu 70 milyon avro qarşılığında sərbəst qala bilər.
Ancaq “Bavariya” bu maddədən yararlanmayacaq. Rəhbərlik Kanselunun transferində maraqlı deyil. 28 yaşlı oyunçunun komandaya uyğunlaşa bilmədiyi vurğulanıb.
Kanselu “Bavariya”nın heyətində 10 oyuna çıxıb.

