“Bavariya” gənc istedadı Malik Tilmanı Asiya turuna aparmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, amerikalı futbolçu ilə Bundesliqadan 3, Almaniya xaricindən isə 2 klub maraqlanır.
Malik keçən sezonu icarə əsasında “Reyncers”də keçirib. O, burada 43 oyuna 12 qol vurub.

