“Qəbələ” və “Neftçi”nin Konfrans Liqasındakı matçı ölkəmizdə canlı yayımlanacaq
İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər “ağ-qaralar”ın Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la oyununu “CBC Sport”dan izləyə biləcəklər. İyulun 27-də səfərdə keçiriləcək ilk matç saat 23:00-da start götürəcək.
KL-dakı digər təmilçimiz “Qəbələ”nin də görüşü “CBC Sport”dan canlı yayımlanacaq. “Qırmız-qaralar” ilk oyununu Kipr təmsilçisi “Omoniya” ilə Qəbələdə keçirəcək.
Qarşılaşma iyulun 27-də, saat 20:00-da start götürəcək.

