“Bavariya” müdafiəçi Luka Hernandesi PSJ-yə 45 milyon avroya buraxmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu oyunçu ilə anlaşıb. Klublar arasında danışıqlar isə davam edir.
PSJ oyunçunun təzminatının bir az daha aşağı edilməsini istəyir. Ancaq Münhen klubu 45 milyon avroda israrlıdır.
Hernandes ötən mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2019-cu ildən Almaniya klubunda çıxış edir.

