07 İyul 2026
Dünya futbolu

“Bavariya”da qalmaq üçün maaşının azaldılmasına razıdır

“Bavariya”nın sağ cinah oyunçusu Leroy Sane klubda qalmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu yayda başa çatacaq müqaviləsini uzatmaq üçün maaşının azaldılmasına razılıq verməyə hazırdır. Lakin rəhbərlik hələlik onunla danışıqlara başlamayıb. 

Bu arada “Arsenal” Leroyun yayda azad agent kimi transferində ciddi maraqlıdır və artıq bununla bağlı hərəkətə keçib.

Sane 49 milyon avroya “Mançester Siti”dən keçdikdən sonra 2020-ci ilin iyul ayından “Bavariya”da çıxış edir. Bu mövsüm o, klubun heyətində 36 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43