19 İyul 2026
Dünya futbolu

“Bavariya”nın futbolçusu “İnter”də

“Bavariya”nın oyunçusu Benjamin Pavard “İnter”ə keçməyə yaxındır.

İdmanxeber.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb. Pavardın transferi üçün Milan təmsilçisi 30+2 milyon avro ödəyəcək.

Futbolçu bu gün tibbi müayinədən keçmək üçün İtaliyaya gedəcək. Müqavilə sabah imzalanacaq.

Pavard Bundesliqanın son mövsümündə 30 oyuna çıxıb və 4 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43