İspaniyanın “Atletiko” klubunun futbolçusu Joao Feliks “Barselona”ya keçəcəyinə ümid edir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisinin yarımmüdafiəçisi Kataloniya klubuna keçmək istəyini bildirmişdi. O, hələ də bu niyyətdədir.
Portuqaliyalı sentyabrın 1-nə kimi “Barselona”dan təklif gözləyəcək. Kataloniya təmsilçisi yarımmüdafiəçini mövsüm sonuna qədər icarəyə götürə bilər.
23 yaşlı futbolçu ötən mövsümün ikinci yarısı “Çelsi”də keçirib. O, müqavilə ilə “Atletiko” klubuna məxsusdur.

