Kateqoriyasız

Belarus klubu Konfrans Liqası matçlarını Azərbaycanda keçirə bilər

UEFA Konfrans Liqasında mübarizə aparacaq Belarusun “Qomel” klubu ev oyunlarını Azərbaycanda keçirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, komanda avrokubok matçları üçün potensial ev meydançalarının qısa siyahısını hazırlayıb. Siyahıda Ermənistan, Azərbaycan və Gürcüstan yer alıb.

UEFA Belarus klublarına qarşı sanksiyalar tətbiq etmiş və bu ölkənin klublarının ev oyunlarını tamaşaçı olmadan neytral stadionlarda keçirməsini tələb edib.

“Qomel” Konfrans Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Onların potensial rəqibləri arasında “Neftçi”nin də adı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43