Milli komanda

Belçika – Azərbaycan oyununda anşlaq olacaq – millimiz dəstəksiz qalmayacaq

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimiz sabah Belçikanın qonağı olacaq.

İdmanxeber.az-ın Etopaz-ın dəstəyi ilə Brüsselə yollanmış əməkdaşının verdiyi məlumata görə, qarşılaşma üçün satışa çıxarılan biletlərdən 30 mini fanatlar tərəfindən alınıb.

“Kinq Baudoin” stadionunda keçiriləcək qarşılaşmada millimiz dəstəksiz qalmayacaq. AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli saytımıza bildirib ki, 100-dən çox azarkeş millimizi sabahkı oyubda stadionda dəstəkləyəcək.

Qeyd edək ki, sabah keçiriləcək Belçika – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43