14 İyun 2026
Dünya futbolu

Bernardo Silva “Mançester Siti”dən ayrılmağa hazırlaşır

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva 2026-cı ilin yayında klubdan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu müqaviləsi başa çatdıqdan sonra azad agent olacaq. Ona “Barselona” və “Yuventus”la yanaşı, Səudiyyə Ərəbistanının “Əl-Əhli”, “Əl-Qadisiyyə” və “Əl-Nəsr” klubları da maraq göstərir.

Silva bu mövsüm 9 oyunda 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43