Dünyadan

“Beşiktaş”ın qol silahı yenidən İngiltərəyə qayıdır

Demba Ba çıxışını  yenidən İngiltərədə davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, “Beşiktaş”ın hücumçusu Demba Ba yenidən İngiltərəyə qayıda bilər. “Qara-qartallar”ın mövsümün əvvəlində  “Çelsi”dən 6 milyona transfer etdiyi Baya Premyer Liqa komandalarından “Vest hem”  və “Nyukasl” elçi düşüb. İngilis komandaların senegallı futbolçu üçün 10 milyon evro ayırdığıda deyilir.

Qeyd edək ki, “Beşiktaş” forması ilə 14 oyuna çıxan Ba 10 dəfə rəqib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43