Dünyadan

Del Pyerodan azərbaycanca təşəkkür – FOTO

İtaliya millisinin və “Yuventus” klubunun əfsanəvi oyunçusu, hazırda Hindistan çempionatının “Dehli Dinamos” klubunda çıxış edən Alessandro Del Pyero maraqlı aksiya ilə diqqət çəkib.

Noyabrın 9-da 40 illik yubileyini qeyd edən futbolçu onu sosial şəbəkələrdəki şəxsi hesabında onu təbrik edən çoxmilyonlu azarkeşlərinə dünyanın 100 dilində, o cümlədən azərbaycanca “təşəkkür” sözü yazılan plakatla cavab verib.

2004-cü il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 2002-ci il sentyabrın 9-da Bakının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərabcyan-İtaliya matçında forma geyən Del Pyero oyunun 65-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirərək millimizin qapısına oyundakı yeganə qolu vurub. Ümumilikdə, İtaliya yığmasında karyerası boyunca ulduz futbolçu rəqib qapılarına 27 dəfə yol tapıb (modern.az).



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43