Kateqoriyasız

Kamran Ağayev Afaq Aslanla münasibətinə aydınlıq gətirdi: “Bu “kiçik suda fırtına qoparmağa” bənzəyir”

Müğənni Afaq Aslanın uzun müddətdi hamıdan gizli saxladığı sevgilisinin futbol üzrə Azərbaycan Milli Komandasının qapıçısı Kamran Ağayev olduğu milli qapıçı ilə müğənni arasında eşq yaşandığı ilə bağlı xəbərlə bağlı, Kamran Ağayev Vətəninfo.az-a danışıb. Milli futbolçu bildirib ki, Afaq Aslanla proqramların birində tanış olub və müğənninin ricası üzərinə onunla şəkil çəkdirb.

"Mənim bir çox müğənnilərlə şəkillərim var.Bu o demək deyil ki, bu insanlarla hansısa bir eşq yaşayırıq. Mən milli komandanın oyunçusuyam və istər məndən yaşda böyük. istərsə də kiçik olan, eyni yaşda olduğum insanlar belə şəkillərin çəkilməsini istəyirlər. Məndə buna həmişə normal yanaşaraq belə bir şəkillərin çəkilməsinə razılıq vermişəm. Ona görə də belə bir xəbər " "kiçik suda fırtına qoparmağa" bənzəyir.  Səmimi deyirəm belə bir şey yoxdu".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43