Ölkə futbolu

“Bir xal da qızıla bərabərdir” – Şahin Diniyev

“Bu gün yaxşı oyun izlədik, Premyer Liqaya layiq futbol var idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Hücumların, qol epizodlarının sayı çox idi. Qələbə qazansaydıq, ədalətsiz nəticə olmazdı. Bizim qol fürsətlərimiz daha çox oldu. İtirəcəyimiz bir şey yoxdur. Ona görə də qələbə bizim üçün çox vacib idi. Amma 1 xal da qızıla bərabərdir”

İdmanxeber.az-ın məlumatın görə, bu szöləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Tutan Tovuz” oyunu barıdı danışarkən deyib. O, daha sonra belə davam edib:

“Ümid edirəm ki, bugünkü 1 xal may ayında bizim üçün çox dəyərli olacaq. Uğursuz nəticələrdən sonra komanda bu gün öz oyununa qayıtdı. Hazırda olduğumuz durum futbolçuların üzərində psixoloji təzyiq yaradır.

Hücumda böyük potensialımız var. Futbolçular fiziki olaraq hazır formaya düşəndən sonra daha çox hücum edib, qollar vuracağıq. “Sumqayıt”la matçdan sonra soruşsaydınız, bəlkə də sualdan yayınardım. Amma bu gün yayınmıram. “Turan Tovuz” sıradan komanda deyil, müdafiədə mükəmməl oynayırlar. Belə müdafiəni bir neçə dəfə yarmaq hər komandanın işi deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43