Ölkə futbolu

“İkinci hissədə aktiv idik, topa sahib olduq” – Ayxan Abbasov

“Hər oyun, hər xal vacibdir. Məğlub olmaq olmazdı. Birinci hissədə oyunumuz alınmadı. Futbolçularda gərginlik var idi. Rəqib qol vurdu, sonra da epizodlar yaratdılar. İlk yarının sonunda vurduğumuz qol ikinci hissədə daha etibarlı oynamağa imkan yaratdı. İkinci hissədə istədiyimiz futbolu oynadıq. Davam etmək lazımdır. Oyun planında da artırmalıyıq. Qarşıda fasilə var. Bundan yaxşı istifadə etməliyik. Həm kubokda, həm çempionatda sıx qrafikə girəcəyik. Geniş heyətimiz yoxdur. Maksimum rotasiyalarla bu qrafikdən yaxşı çıxmaq lazımdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Səbail” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Ötürmələrdə səhvlərə yol verdik. İkinci hissədə aktiv idik, topa sahib olduq, cinahlardan hücumlar etdik. Bu  cür matçlar mübarizəlidir. Dördüncü dövrə bundan da sərt keçəcək. Xal fərqi yaxın olduğu üçün rəqiblər oyun baxımından çox risk etməyəcəklər. Heç kim sonuncu yeri tutmaq istəmir. Bizim də yuxarı qalmaq şansımız var. Stabillik çatmır. Bəzi oyunlarda qələbə qazana bilsəydik, daha yuxarı qalxardıq. Vaxt lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43