Futbol üzrə Azərbaycan birinci divizionunda 21-ci tura start verilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, keçirilən 4 oyunda qapılara 5 qol vurulub.
27 mart
Birinci divizion, 21-ci tur
“Energetik” – “Rəvan” – 0:3
Qollar: Vüsal Qarayev, 24 (0:1), Orxan Həsənov, 58 (0:2), Vüsal Qarayev, 90 (0:3)
“Qaradağ Lökbatan” – MOİK – 0:1
Qol: Cavid Həziyev, 69 (0:1)
“Mil-Muğan” – “Ağsu” – 0:0
“Turan Tovuz” – “Şuşa Qarabağ” – 0:1
Qol: Kristofer Nkansah, 1 (0:1)