Ölkə futbolu

“Biz Foqtsun gəlişini gözləyirik”

Millimizin baş məşqçisi Berti Foqtsun taleyinə aydınlıq gəlir.

Bu barədə açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin iclasından sonra alman mütəxəssisin komanda da qalıb-qalmayacağına aydınlıq gələcəyini bildirib:

"Berti Foqts öz işi barədə bizə hesabat təqdim edib. Biz onun gəlişini gözləyirik. İcraiyyə komitəsinin iclası ilə bağlı vaxtı müəyyən etməmişik. Milli komandanın baş məşqçisi məsələsinə telefonla da aydınlıq gətirmək olardı. İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini öyrənib, qərar verə bilərdik. Amma İcraiyyə Komitəsinin yığıncağını keçirmək, orada fikir mübadiləsi aparıb müzakirələrdən sonra qərar verilməsini istəyirik. Çünki, çox vacib qərar verməliyik".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43