Ölkə futbolu

Duqlas Leyte yeni klubunda ictimaiyyətə təqdim edildi

"Xəzər Lənkəran"ın qapıçısı Duqlas Leytenin yeni iş yeri müəyyənləşib.

Qolkiper Braziliyanın A2 seriyasında çıxış edən "Quarani"də artıq ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, braziliyalı qapıçı bir müddət  əvvəl "Quarani"yə dönə biləcəyini açıqlamışdı. Ancaq Lənkəran klubu müqaviləsi olan qolkiperin komanda da qalacağını bildirmişdi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43