“Barselona”nın prezidenti Xuan Laporta UEFA-nın klubu Çempionlar Liqasından kənarlaşdırmaq istədiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri Neqreyra işi ilə bağlı danışıb. O, hələlik yekun bir nəticənin olmadığını açıqlayıb:
“Mən Çeferinlə görüşdüm. Neqreyra məsələsindən istifadə edib bizi Çempionlar Liqasından qovmaq istəyirdilər. Amma məhkəmə qərarından əvvəl bizə qarşı sanksiyalar tətbiq oluna bilməz. Çempionlar Liqası üçün müraciət etmişik və hələ ki, qapıların bağlanması ilə bağlı heç bir xəbər yoxdur”.
Fevralın 15-də “Barselona”nın İspaniya Kral Futbol Federasiyasının hakimlər komitəsinin vitse-prezidenti vəzifəsində çalışan Xose Mariya Enrikes Neqreyraya 1,4 milyon avro rüşvət ödədiyi bildirilir”.

